Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69940
az

SON DƏQİQƏ! Rusiya bu ərazini işğal etdi

22:1726 May, 2022
997
SON DƏQİQƏ
  • A

Rusiya qoşunları Severodonetsk və bir sıra digər yaşayış məntəqələri istiqamətində irəliləyir, onlar Donetsk vilayətinin Baxmut rayonunun Mednaya Ruda kəndini ələ keçiriblər.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

Qeyd olunur ki, Donetsk istiqamətində Rusiya ordusu Ukrayna qoşunlarını atəşə tutmaqda, raket zərbələri endirməkdə, kəşfiyyat aparmaqda, hava dəstəyini artırmaqda, qoşunları yenidən qruplaşdırmaqda davam edir.
"Düşmən Limanski istiqamətində bütün qüvvələrini Ozernı rayonlarında və Liman qəsəbəsinin cənubunda bölmələrimizin atəşlə məhv edilməsinə yönəldib. Severodonetsk istiqamətində düşmən Severodonetsk və Borovskoye yaşayış məntəqələri istiqamətində hücuma keçir” - Baş Qərargahın məlumatında deyilir. 

O da qeyd edilir ki, Baxmut istiqamətində rus hərbçiləri Kamışevax, Nırkovoe, Berestovoe və Beloqorovka yaşayış məntəqələri istiqamətində hücuma keçsələr də, uğur qazana bilməyiblər, itkilər verərək geri çəkiliblər.

SON DƏQİQƏ! Məşhur ulduz  yuxuda öldü

Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək