Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69931
az

Bakıda tələbələr etiraz edir  -  VİDEO

20:4926 May, 2022
1663
ŞİKAYƏTLƏR
  • A

Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı  oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər. 

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər. 

Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.

Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Məktəbdə yanğın- 4 nəfər təxliyə olundu