Qaradağ rayonu, Yunis Mirzəyev 4 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasını 3-cü mərtəbəsində, mənzil 14-də bu gün səhər saat 05 radələrində yanğın baş verib. Hazırda içəridə istintaq getdiyi üçün bizim mənzilə daxil olmağımız mümkün deyil. Amma bir faktı diqqətinizə çatdıraq ki, yanğın yerinin kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Həsənova Xuraman Feyzulla qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Əldə etdiyimiz digər məlumat görə, mərhum Xuraman Həsənova 139 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi imiş. Mərhumun iki övladı var və hazırda hər ikisi xaricdə yaşayır.
Elə çəkiliş apardığımız zaman qohumları bildirdi ki, Xuraman Həsənovanın oğlu mayın 28-də Bakıda olacaq və mərhumun meyiti ona təhvil veriləcək.
Xuraman Həsənovanın qonşuları və qohumları deyir ki, o hadisə baş verən mənzildə tək yaşayırmış. Heç kimlə ədavəti olmayan Xuraman Həsənovanı hamı sakit biri kimi tanıyıb. Qonşularının iddiasına görə, o, ərindən ayrılsa da, mütəmadi görüşürlərmiş.
Xatırladaq ki, yanğın zamanı ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 2-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının tavanı 4 m² sahədə yanıb. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxu24.com
ŞƏRHLƏR