FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfər edib.
OXU24.COM xəbər verir ki, o, bu barədə “Linkedin” hesabında məlumat paylaşıb.
E.Məmmədov Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko, baş katib Yuri Zapisotski, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşüb.
AFFA-nın sabiq baş katibi görüşdən məmnun olduğunu bildirib.
Oxu24.com
ŞƏRHLƏR