Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69914
az

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir

18:4126 May, 2022
126
  • A

 

"Rəqəmsal İpək Yolu" layihəsinin Asiya hissəsində Azərbaycan və Qazaxıstan arasında imzalanmış dövlətlərarası sazişə əsasən, Xəzərin dibi ilə Transxəzər Fiber Optik Kabel sisteminin reallaşdırılması prosesi davam edir. Kabel sisteminin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü ilk mərhələdə 4-6 terabit/s, növbəti dövrdə isə 16 terabit/s-dən çox olacaq. "Axiom", "PwC" və digər beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırması aparılıb, layihənin texniki tələbləri tərtib olunub. Həmçinin kabel marşrutların sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub, layihəyə tələb olunan vəsaitlər ayrılıb. Azərbaycan və Qazaxıstan şirkətlərinin Konsorsiumu formalaşıb və onun çərçivəsində birgə müəssisə yaradılması prosesi növbəti həftə tamamlanacaq. Həmçinin təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb, tikintinin başlanması üçün hüquqi və texnikiişlər tamamlanır. Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin icrasını sürətləndirmək üçün "AzerTelecom" şirkəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyi arasında müvafiq danışıqlar və razılıqlar əldə olunub, müştərək yol xəritəsi qəbul olunub və imzalanıb.

"Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

"NEQSOL Holding"in tərkibində olan "AzerTelecom" şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və ölkəni beynəlxalq internet şəbəkəsi ilə bağlayır.

Məqaləyə dair fotomateriallar:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...