Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69913
az

"Meymunlar tez ölürdü və biz cəsədləri yarırdıq..." - Viruslar bu şəhərdə sınaqdan keçirilirdi - Generaldan ŞOK HESABAT - FOTO

19:2926 May, 2022
175
DÜNYA
  • A

Aral dənizindəki Dirçəliş adası uzun illər Sovet İttifaqının bakterioloji silahların sınaqdan keçirildiyi gizli bazası olub.

Qapalı Aralsk-7 şəhərində yaşayan 1500 nəfər insan poliqon əməkdaşları ilə hərbi qulluqçular idi. Burada taun, qarayara, çiçək, bruselyoz, tulyaremiya, botulizm və Venesuela at ensefaliti kimi ölümcül patogenlər sınaqdan keçirilirdi. Qapalı şəhərdə baş verənlər haqqında "The New York Times"a Sovet ordusunda xidmət etmiş təqaüdçü polkovnik, mikrobioloq Gennadi Lepyoşkin danışıb.

Milli.Az dəyərli oxucularını əsl kabusa dönmüş şəhər, orada baş verən tükürpədən hadisələr haqda məlumatlandırır.

 

Dirçəliş adası - bakterioloji silahın sınaqdan keçirildiyi məxfi sovet poliqonu

Sınaqların keçirilməsinə rəhbərlik etmiş Gennadi Lepyoşkin 18 il adada yaşayıb. "Biz təcrübələr üçün ildə təxminən 200-300 fərd meymunlardan istifadə edirdik. Onlar qəfəslərdə uzaq məsafələrə çıxarılaraq, havada mikrobların qatılığını ölçən cihazların yanında yerləşdirilirdi. Ondan sonra meymunlar laboratoriyaya qaytarılır, orada qan analizləri götürülür və xəstəliyin inkişafına nəzarət edilirdi. Meymunlar bir neçə həftə ərzində ölürdü və biz cəsədləri yarırdıq", - deyə Lepyoşkin jurnalistlərə bildirib.

Gennadi Lepyoşkin Kantubek (Aralsk-7) şəhərinin laboratoriya kompleksinin əməkdaşlarından ibarət əhalisinin təxminən 1500 nəfərə yaxın olduğunu bildirir. Normal yaşayış üçün hər şərait var idi: klub, stadion, bir neçə məktəb, mağazalar və s. "Yaxınlıqda bir göl də var idi, işdən sonra bir çoxları oraya çimməyə və istirahət etməyə gedirdi. Çox gözəl yer idi", - deyə hərbçi xatırlayır.

Aralsk-7 şəhərindəki dağılmış evlərdən biri

Bu gün həmin şəhərdən əsər-əlamət qalmayıb, o tamamilə dağıdılıb. Heç adanın özü də artıq mövcud deyil: Aral dənizi qurumuş səhraya dönüb. XX əsrin ortalarında dünyanın dördüncü ən böyük gölü sayılan Aral dənizinin sahəsi təxminən 68 min kvadrat km olub. Lakin Aral dənizinə axan çayların suyunu sovuran nöqsanlı irriqasiya (süni suvarma) sistemi üzündən, dəniz getdikcə dayazlaşmağa başladı. 2000-ci illərin əvvəllərində Dirçəliş adası materikin bir hissəsinə çevrildi.

 


Aral dənizinin quruması. 2000-2001-ci illərə olan dəyişikliklər

Ada ziyarətçilərini gözləyən bütün təhlükələrə baxmayaraq, buraya tez-tez tərk edilmiş laboratoriyaları araşdırırmaq üçün "zibil yığan" adlanan adamlar da gəlir. Alimlər son illərdə adada heç bir təhlükəli virusun qalmadığını, bütün virusların ultrabənövşəyi günəş şüalarının təsirindən məhv olduğunu, yay aylarında burada temperaturun 60 dərəcəyə çatdığını iddia edirlər. Yeganə mümkün istisna əsrlər boyu torpaqda qalmaq qabiliyyətinə malik olan qarayara sporlarıdır (bəzi ibtidai bitki və heyvanlarda cinsiyyətsiz çoxalma orqanı).

 

Aralsk-7 şəhərinin xarabalıqları

1990-cı illərdə Sovet İttifaqı adadan ayrıldığı zaman tonlarla qarayara sporları dənizə töküldü. Bu, 1972-ci ildə qəbul olunmuş bioloji silahların qadağan edilməsi haqqında qanunun tələbi idi. 2000-ci illərin əvvəllərində ABŞ və Özbəkistan nümayəndələri adaya gəlib, xəstəlik sporlarının ola biləcəyi sınaq boruları, şüşə və Petri qablarının olduğu anbarları kütləvi şəkildə məhv etdilər. ABŞ-ın məlumatlarına görə, həmin vaxt 100-200 tona yaxın qarayara sporu məhv edildi, lakin bu məlumatları amerikalı hərbçilərdən savayı kimsə təsdiqləmir.

Aralsk-7 - tərk edilmiş ölü şəhər

Lepyoşkinlə Sovet bioloji laboratoriyasının digər keçmiş əməkdaşları iddia edir ki, adada qalmaq hələ də təhlükəlidir. Onların sözlərinə görə, xəstəlik daşıyıcıları ola biləcək siçovullar insanla təmas edəcəkləri halda, ölümcül infeksiyaların daşıyıcılarına çevrilə bilərlər. Qazaxıstan hökumətinin bu əraziyə neftçıxarma sənayesi ilə məşğul olan şirkətlərin gətirilməsinə çalışması ciddi narahatlıq doğurur, artıq yataqların axtarışına başlanılıb. Görəsən, bu cür qazıntıların nə dərəcədə təhlükəli ola biləcəyi kimsəni qayğılandırır?

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Məktəbdə yanğın- 4 nəfər təxliyə olundu