Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69905
az

Şakiraya cinayət işi açıldı: Məhkəmə qərar qəbul edib

17:3926 May, 2022
251
KRİMİNAL
  • A

İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

Oxu24.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.

Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Məhkəmənin qərarında icraata başlamaq üçün “kifayət qədər əsasların” olduğu vurğulanıb.

Bildirilib ki, qərar ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı rəyə etirazına cavab olaraq qəbul olunub. İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çıxarıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yük maşınının altında      qalıb      öldü
Bir gündə 1,8 kq     narkotik    aşkarlanıb
Arvadını intihar həddinə çatdıran kişi- Həbs edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Yük maşınının altında      qalıb      öldü