Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 45 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 692, bu günə qədər isə ümumilikdə 6 883 123 test icra olunub.
Oxu24.com
ŞƏRHLƏR