Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6989
az

Yeni müasir smart qaz sayğacları gətirilib - Əvvəlkindən çox fərqlənir

22:2812 Noyabr, 2018
664
İQTİSADİYYAT
  • A
 "Azəriqaz" İstehsalat Birliyi ölkəyə yeni qaz sayğacları gətirib.

Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, yeni gətirilən sayğaclar artıq laboratoriyaya təqdim edilib:

"Artıq laboratoriyada sayğaclar yoxlanılıb, birinci sınaq mərhələsi yekunlaşıb, ikinci sınaq mərhələsindədir. Birinci sınaq mərhələsində aşkarlanan çatışmazlıqlar artıq aradan qaldırılır. Yeni sayğaclar bir çox üstünlüyü ilə fərqlənir. Məsələn, mobil telefona xüsusi proqram təminatı yükləməklə həmin telefon vasitəsilə balansı artırmaq mümkün olacaq. Əvvəlki sayğacların smart kartında çip sistemi var idi və balansı artırmaq üçün həmin kartı sayğaca daxil etmək lazım idi. Yeni sayğaclarda isə bu, belə deyil. Həmin sayğacların çipi smart kartın üzərində deyil, daxilində yerləşdirilib. Kartı sadəcə sayğaca yaxınlaşdırmaqla yüklənilən məbləği sayğaca köçürmək mümkündür".

Qurum rəsmisi qeyd edib ki, günün qaranlıq saatlarında sayğac üzərində hər hansısa əməliyyat aparan zaman işıqlandırıcı cihaza ehtiyac qalmayacaq: "Yeni sayğac sensorlu ekranla təchiz edilib və sayğacın üzərindəki düyməni sıxmaqla ekran avtomatik işıqlanır".

İ.Kərbəlayev bildirib ki, yaxın vaxtlarda yeni sayğacların sınaq müddəti başa çatacaq və həmin sayğaclar yeni abonentlərin mənzil və obyektlərinə quraşdırılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...