Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69885
az

"Nərmin itkin düşən gün mən bacımgildə qalmışam" - İlkin Süleymanov

22:0325 May, 2022
331
CƏMİYYƏT
  • A

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İlkin Süleymanov bildirib ki, Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qalıb.

"Həmin gün səhər evə qayıdarkən qonşular da məni görüb. Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orada qaldım. Səhəri günü evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orada dəfələrlə iş görüb. Barəmdə həbs qəti imkan tədbiri seçiləndə Tovuz rayonunun o vaxtı polis rəisi Şirzad Əsgərov da məhkəmədə idi. Ona görə də qorxdum, demədim", - İ.Süleymanov bildirib.

Proses iyunun 1-də davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA