Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69854
az

Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb

13:2825 May, 2022
309
KRİMİNAL
  • A

Gəncədə 38 yaşlı qadın keçmiş qayınanasına xəsarət yetirib. 

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən Gəncə Apellyasiya Məhkəməsində baş verib.

Məlum olub ki, Gəncənin Kəpəz rayon sakinləri olan Sevil Qənbərova (ad və soyad şərtidir) 2001-ci ildə həmyerlisi İkramla ailə həyatı qurub və onların 4 övladı olub. Lakin cütlük 2018-cu ildə boşanıb. Həmin vaxt məhkəmə uşaqların 4-nün də atasında qalmasına qərar verib. Daha sonra Sevil Apellyasiya Məhkəməsinə üz tutub. Lakin Gəncə Apellyasiya Məhkəməsi də uşaqların da rəyini nəzərə alaraq onların ataları ilə qalmasına qərar verib.

Bundan sonra Sevil Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb. Bu dəfə apellyasiya instansiyası uşaqlardan ikisinin anasına verilməsinə qərar verib. Həmin vaxt məhkəmənin gözləmə zalında Sevil və bacısı ilə onun keçmiş qayınanası arasında münaqişə baş verib. Sevilin övladlarının atasında qalmaq istəməsi, nənələrinin tərəfini tutmaları onu daha da özündən çıxarıb. O, keçmiş qayınanasına hücum edərək ona təpiklə zərbə endirib, həmçinin barmaqlarını onun barmaqlarına keçirərək 3 barmağını sındırıb və əlindəki "Redmi 7" markalı telefonla yaşlı qadının başına və qarnına zərbələr endirərək ona xəsarətlər yetirib.

Gəlinin qayınanasına xəsarətlər yetirməsinə görə Gəncənin Nizami rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb və cinayət işinin materialları rayon Məhkəməsinə göndərilib. Münaqişəli şəxslər bu dəfə döyülmə faktına görə məhkəmədə üz-üzə gəliblər.


Məhkəmədə döyülən qadın keçmiş gəlininin həbs edilməsini tələb edib. Şahid kimi çıxış edən təqsirləndirilən şəxsin övladları da analarının əleyhinə ifadə verib.

Nizami rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 38 yaşlı Sevil Qənbərovaya həbs olunmasa da, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət cihazı olan qolbaq taxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu