Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69755
az

“Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq” - Atası

19:2723 May, 2022
254
REDAKTORUN SEÇİMİ
  • A

"Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
 
Oxu24.com  xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov modern.az-a açıqlamasında bildirib. O, oğlunun hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb: "Səlimin təzyiq, şəkər problemləri var idi. Bizdə bu xəstəliklər irsidir. Atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər ki, təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, inşallah sağalar".

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. O bir neçə gün öncə səhhətindəki problemlərə görə, saxlanıldığı DTX təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümov 2013-2021-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

15 yaşlı qızı kişilərə 600 manata satan qadın tutuldu
Bakıda meyiti tapılan 109 yaşlı şəxs görün kim imiş
7 nəfər öldü - Azərbaycanda faciə

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO