Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69753
az

Bakıda binaya güllə atılması xəbəri ilə bağlı DİN-dən açıqlama

19:1923 May, 2022
651
KRİMİNAL
  • A

Sosial şəbəkələrdə Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən "Xətaipark" kompleksində binanın 10-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsinə güllə dəyməsi ilə bağlı iddia yayılıb. Qeyd olunub ki, bu hal daha əvvəl də yaşanıb.

OXU24.COM  bildirir ki, məsələ ilə bağlı "Qafqazinfo"nun sorğusunu cavablayan DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisənin ehtiyatsızlıqdan baş verdiyini açıqlayıb.

"Bəzi sosial şəbəkə səhifələrində yayılan infomasiyadan ərazi üzrə rayon polisi məlumatlıdır. Araşdırma aparılıb. Yaşayış evinin pəncərəsinə olan zədə odlu silahdan yox, tir tüfənginin qırmasından yaranıb. Ehtiyatsızlıqdan baş verən neqativ əməldir, tir tüfəngi olan şəxs pəncərəsinə qonan qarğanı vurmaq istəyib. Nəticəsi də məlumdur.

Əgər o qırma hansısa vətəndaşın gözünə dəysəydi, onu şikəst edə bilərdi. Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi ağır nəticələrə səbəb ola bilər, xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər. Bu hal nəzərə alınmalıdır", - o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil