Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69695
az

Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - Təfərrüat

18:2921 May, 2022
1486
KRİMİNAL
  • A

Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

.OXU24.COM Teleqraf.com-a istinadən bildirir ki, Anar 16 aprel 2020-ci ildə saat 12 radələrində Xırdalan şəhərindəki "Abşeron Gənclər şəhərciyi"nə gəlib. O, Qalib adlı şəxsə Zaminin 1500 manat borcu olduğunu səbəb gətirib, 10 saylı tam orta məktəbin qarşısındakı ərazidə ona bıçaqla hücum edib.

Anar Zamini hədə-qorxu gəlməklə "Vaz 21214" markalı avtomobilə əyləşdirib, zorakılıq hərəkətlərini davam etdirib.

O, aprelin 17-də saat 22 radələrində Eşqin və Yavərlə təkrar "Abşeron Gənclər şəhərciyi" ərazisinə gəlib, gecə saat 5 radələrinədək dəmir parçası və bıçaqla silahlanaraq pusqu qurublar, Zaminə basqın etməyi gözləyiblər.

Həmin vaxt Zamin yaşadığı "Abşeron Gənclər şəhərciyi", 20-ci blokun qarşısına gəlib, avtomobildən düşmək istəyərkən hücuma məruz qalıb. Təqsirləndirilən şəxslər onun əl-ayağını və ağzını skoçla bağlayıb, yumruqla bədəninin müxtəlif nahiyələrinə vurublar.

Zaminin üzərində olan 380 manat pulu alıblar, istintaqa şəxsiyyəti məlum olmayan Elçin və Nərmin adlı şəxslərlə onu Nərimanov heykəlinin yaxınlığında yerləşən "Sovetski" adlanan ərazidə Anarın kirayə yaşadığı həyət gətiriblər. Zamini həmin gün saat 21 radələrinədək orada saxlayıb və azad olunması üçün 1500 manat pul tələb ediblər.

"Əmim oğluna borcu olub"

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 44.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olun xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham verilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Anar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Zamini 2008-ci ildən tanıyır: "Onunla kirvə olmuşuq. Zaminin əmim oğluna 1500 manat borcu olduğu üçün 2020-ci ilin aprelin 16-da məhəllələrinə getdim, onunla görüşmək istədim. Əmim oğlu ilə Zaminin arasında əlaqəni özüm yaratdığım üçün ona zəng vurdum, məsələni həll etmək istədim.

Zamin həmin vaxt "Niva" maşını ilə məhəllədən çıxarkən onunla söhbət etmək üçün yaxınlaşdım. Lakin Zamin maşını saxlamayaraq sürdü. Buna görə maşının kapotuna çıxaraq saxlatmaq istədim. Zamin sürərək getdi".

"Düşmənçiliyimiz olmayıb"

Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti gün Zamin yenə də onun zənglərinə cavab vermədiyi üçün onların məhəllərinə gedib:

"Yavərlə Eşqin də mənimlə olublar. Yavərlə saat 9-10 radələrində görüşdük, Eşqin həmin ərazidə yaşadığı üçün bizə qoşuldu. Gecədən səhərə gədər Zamini gözlədik. O, "Niva" maşını ilə səhər saat 5 radələrində gəldi. Ondan niyə zənglərimə cavab vermədiyini soruşdum. Aramızda mübahisə düşdü və dalaşdıq. Buna görə Zamində xəsarətlər yarandı. Həmin vaxt Yavərlə Eşqin kənarda durmuşdular. Onlar bizi ayırmağa çalışırdılar.

Sonra Zamin təklif etdi ki, söhbət etmək üçün mənim evimə gedək. Buna görə Zaminin maşını ilə onu yaşadığım "Sovetski" ərazisində olan evə gətirdik. Zaminlə razılaşdıq, o mənə 280 manat verdi, getdi. Zaminə həmin vaxt zor tətbiq edən və əlini-qolunu skoçla bağlayan olmayıb".

Məhkəmədə Anarın ibtidai istintaqa verdiyi ifadəsi elan olunaraq tədqiq edilib.

O, istintaqa ifadəsində göstərib ki, Zamini təxminən 2011-ci ildən tanıyır: "Zamin "Sədərək" ticarət mərkəzində mağaza işlədirdi. Tanışım Xəqani də orada işlədiyindən onun vasitəsi ilə Zaminlə tanış oldum. Həmin vaxtlar taksi fəaliyyəti ilə məşğul idim. Zaminlə ədavətimiz və düşmənçilyimiz olmayıb".

"Pulunu vermədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin fevralında oğlu Emilə kiçik toy edib: "Zaminlə münasibətimiz yaxşı olduğu üçün ona uşağıma kirvə olmağı təklif etdim. "Təbrik"şadlıq sarayında oğluma kiçik toy elədim. Zamin uşağın kirvəsi oldu. O, məclisə birlikdə yaşadığı Sara ilə gəlmişdi".

Anar bildirib ki, 2015-ci ildə əmisi nəvəsi Qalib Zamindən 1500 manata "Seat" markalı avtomobil alıb: "Avtomobildə problem olduğu üçün Qalib maşını geri qaytarmalı oldu. Zamin aldığı 1500 manat pulu 10 gün müddətində verəcəyini dedi. Lakin pulu qaytarmadı.

Bir neçə dəfə Qalib mənə iradını bildirdi ki, dostun pulumu vermir. Mən də hər dəfə Zaminə xahiş etdim ki, Qalibin pulunu qaytarsın. Lakin o, müxtəlif bəhanələr gətirərək pulu vermədi".

"Hədələdim ki, maşını saxlasın"

Anar deyib ki, 2020-ci ilin aprelin əvvəllərində Qalibin atası Firdovsi ona pul barədə şikayətlənib: "Artıq Firdovsi və oğlu Qalib məndən bu məsələyə görə incimişdi. Mən də bir neçə dəfə Zaminin mobil telefonuna zəng etdim. Lakin o, zənglərimi açmadı. Məcbur olaraq aprelin 16-da saat 13 radələrində Zaminin yaşadığı "Abşeron Gənclər şəhərciyinə" getməli oldum. Yavərlə Eşqin də mənimlə getdi.

Zaminin "Niva" ilə yaşadığı binanın qarşısından çıxdığını gördük. Əl edib avtomobilini saxlatmaq istədim. O, maşını saxlamadı. Yavər və Eşqin kənara çəkildi. Mən avtomobilin kapotu üzərinə çıxaraq iki əlimlə şüşəsilənin qollarından yapışdım. Zamin mənə əhəmiyyət verməyərək avtomobili Bakı-Sumqayıt yolu istiqamətində hərəkət etdirdi. Dəfələrlə Zamindən avtomobili saxlamasını bildirdim. Amma o, avtomobili yüksək sürətlə sürdü.

Cibimdə olan bıçağı çıxartdım və onu hədələyərək maşını saxlamasını tələb etdim. Zamin avtomobili sağa-sola oynadaraq qəfildən tormozu basdı. Mən də kapotun üzərindən yerə düşdüm. Bundan sonra Zamin orada uzaqlaşdı".

"Məni söydü"

Anarın sözlərinə görə, aprelin 16-da, saat 14 radələrində Zaminin dostu Sahib adlı şəxs ona zəng edib: "Sahib Zaminin nə üçün qarşısını kəsdiyimi soruşdu. Ona dedim ki, Zamin mənə qarşı lazımsız hərəkət edib.

Sahib ünvanıma nalayiq söyüşlər söydü və mənimlə görüşmək istədiyini dedi. Bundan sonra bir neçə dəfə Zaminnin mobil nömrəsini yığdım ki, onunla görüşüb, aramızda olan münasibətlərə aydınlıq gətirim. Lakin Zamin yenə zənglərimə cavab vermədi".

"Qışqıraraq "ay Allah məni öldürürlər, qoymayın" dedi"

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 17-də, saat 20 radələrində Yasamal rayonunda "Yadigar" marketin yaxınlığında olan zaman Yavər və Eşqinə Zaminin yaşadığı binanın qarşısına getdiyini deyib:

"Yavər və Eşqin tək ora getməməyim üçün mənə qoşuldular, birlikdə marşurut avtobusu ilə "Abşeron Gənclər şəhərciyi"nə getdik. Zaminin avtomobilini həyətdə görmədik. Gözləmək qərarına gəldik. Saat 5 radələrində o, "Niva" ilə yaşadığı binannın qarşısına gəldi. Avtomobili saxladı, amma yerə düşmədi. Ona yaxınlaşdım, salam verərək qorxmamasını bildirdim.

Lakin Zamin avtomobilin salonunda qışqırmağa başladı. Maşının sağ qabaq qapısını açdım, əlimlə sinəsindən itələdim, arxa oturacağa keçməyə məcbur etdim. Özüm sükan arxasına keçdim. Qabaq sağ qapını açdım, Yavər və Eşqin avtomobilə əyləşdilər. Zamin isə dayanmadan qışqıraraq "ay Allah, məni öldürürlər, qoymayın" dedi.

Dərhal avtomobili işə salaraq həyətdən çıxdım. Yavər avtomobildə Zaminin sifətindən yumruqla iki-üç dəfə vurdu. Həyətdən avtomobillə çıxdıqdan sonra Zaminə nə üçün Qalibin pulunu vermədiyini dedim və Qaliblə danışmağını bildirdim".

"Qərara gəldik ki, maşını satsın"

Anarın sözlərinə görə, 16 aprel 2020-ci ildə saat 14 radələrində onun mobil telefonuna zəng edən Sahibi çağırmasını istəyib: "Razılaşdıq ki, əvvəl Yasamal rayonuna, 77 saylı marşrut avtobsunun sonuncu dayanacağına gedək, orada məsələni öz aramızda həll edək. Saat 7 radələrində 77-nin sonuncu dayanacağına getdik. Lakin orada çoxlu adam olduğu üçün belə qərara gəldik ki, mənim "Sovetski"də kirayə yaşadığım evə gedək.

Zamin də razılaşdı, Yasamalda olan zaman Yavər Zaminin cibindən pullarını çıxartdı. Ondan pulun miqdarını soruşdum. Yavər 380 manat olduğunu dedi, pulu cibinə qoydu.

Evdə Zaminə dedim ki, Qaliblə danışsın, lakin o, imtina etdi. Üzərində olan iki telefonunu əlindən alaraq söndürdüm və kənara qoydum. Qərara gəldik ki, Zamin avtomobilini həmyerlisi Vüsala 1500 manata satsın. Bununla bağlı Vüsalla telefon əlaqəsi saxladıq.

Vüsal saat 20 radələrinədək pulu göndərməli, Zamin də avtomobili ona verməli oldu".

"Buraxmağımı bildirdi"

Anar ifadəsində göstərib ki, aprelin 18-də saat 13 radələrində Yavər evə gedəcəyini bildirib və Zaminin üzərindən götürdüyü 380 manat puldan 200 manatı özünə götürüb: "180 manatını isə mənə verdi. Eşqin Zaminin yanında qaldı. Mən qeyri-rəsmi yaşadığım Nərmin və dostum Elçinlə birlikdə evdən çıxdım.

Nərmin atasıgilə gedən zaman təxminən saat 17 radələrində iki nəfər şəxs bizə yaxınlaşdı, onlardan biri polis, digəri isə mülki geyimdə idi. Həmin şəxslərə Nərmini sakitləşdirməyi bildirdim, evə girib çıxmağımı xahiş etdim. Həyətə daxil oldum. Oradan da evin üzərinə çıxaraq qaçdım. Elçin isə oradan uzaqlaşaraq evinə tərəf getdi.

Zamini öz evimə gətirəndən sonra digər dostum Elçin də bizə gəldi. Oradan qaçdıqdan sonra Elçinin mobil nömrəsinə zəng edərək bildirdim ki, getsin qaldığım evə, qapını açsın, 20 manat pulunu da götürüb Zaminlə Eşqinə desin ki, "Olimp"in yanındakı məktəbin həyətinə gəlsinlər.

Məktəbin həyətində gözləyən zaman oraya Elçin, Zamin və Eşqin gəldilər. Elçin bizdən aralaşaraq getdi. Birlikdə "Nizami" metrosu istiqamətində getdik. Orada məscidin yanına çatdıq. Artiq hava qaralmışdı. Zaminə dedim ki, Qaliblə telefon əlaqəsi saxlasın.

Zamin Qalibə telefonda pulu tez bir müddətdə verəcəyini dedi. Sonra Firdovsi zəng edərək Zamini buraxmağımı istədi. Mən də Nərminə zəng etdim. Nərmin mənim olduğum yerə, "Nizami" metrosunun yaxınlığına gəldi, avtomobilin açarını mənə verərək getdi. Açarı Zaminə verdim. Təxminən saat 21 radələrində onu evə buraxdım.

Qorxduğum üçün polisə getmədim. Mayın 16-da məni polis əməkdaşları tutdular".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zamin Anarın əmisi oğluna avtomobil satmasından, ona 1500 manat borclu qalmasından, sonra Anar və onundəstəsi tərəfindən zorla oğurlanmasından danışıb. Zərərçəkmiş qeyd edib ki, Anarı 15 ilə yaxındır tanıyır.

"Dəmirlə sol gözümdən vurdular"

Zaminin sözlərinə görə, aprelin 18-də, saat 1 radələrində Biləcəri qəsəbəsinə gedib: "Orada bacanağım Elməddin, qaynım Ceyhun və dostum Vüsalla görüşdüm. Ceyhunun evində nərd oynadıq.

Ceyhungildən saat 4.30-da çıxdım və "Abşeron Gənclər şəhərciyi"dəki evimin qarşısına gəldim. Təxminən saat 5 radələri orada oldum. Evə aldığım ərzağı, meyvə-tərəvəzi özümlə götürdüm və avtomobildən düşən zaman qəfildən Anarın əlində dəmir boru ilə üzərimə gəldiyini gördüm.

Avtomobilin qapısını örtmək istəyən zaman Anar əlindəki dəmirlə sol gözümün üzərinə vurdu. Qapını sıxdığım üçün dəmir Anarın əlindən çıxdı. Onun yanındakı tanımadığım şəxs yaxınlaşaraq sol qolumdan bıçağı dirədi, sakit olmağımı və arxa oturacağa keçməyimi bildirdi. Anarın digər dostu Yavər də avtomobilə yaxınlaşdı. Arxa oturacağa keçirildim.

Avtomobilin açarı üzərində olduğundan Anar avtomobili hərəkətə gətrdi. Amma hansı istiqamətə getdiyimizi bilmədim. Bu zaman arvadım Sara zəng etdi, telefonu açdım ki, avtomobilin salonunda olan səsləri eşitsin və kim tərəfindən aparıldığımı bilsin.

Qabaq oturacaqda oturan şəxs, sonradan adını Eşqin kimi bildiyim şəxslə Yavər əl-ayağımı, ağzımı skoçla bağladı. Yavər, Eşqin və Anar başımdan, bədənimin müxtəlif yerlərindən yumruqla vurdular. Cibimdə olan pulumu və telefonlarımı çıxararaq özləri ilə götürdülər".

"Məni adeyala bükərək qucaqlarında evə apardılar"

Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib: "Qərara gəldilər ki, məni Anarın Nərimanov heykəlinin yaxınlağındakı həyət evinə aparsınlar. Anar arvadı Nərminə zəng edərək evdən adeyal gətirməyi tapşırdı. O da evdən adeyal gətirdi, məni adeyala bükərək qucaqlarında evə apardılar.

Evdə mən, Nərmin, Eşqin, Yavər və Anar olmuşuq. Yavər sonra oradan getdi. Aralarında söhbət əsasında bildim ki, Yavər üzərimdən götürülmüş 750 manat pulu aparıb gedib.

Anar mənə dedi ki, buraxılmağım üçün 3000 manat pul istəyirlər. Onlara dedim ki, 3000 manat pulum yoxdur. Anar maşını Vüsala nə üçün 1500 manata satmadığımı soruşdu. Mən maşının daha bahalı olduğunu dedim.

Anar dedi ki, Vüsalla danış, maşını 1500 manata sat. Məcbur olaraq Vüsalla Anarın telefonu ilə danışdım və 1600 manata "Niva" markalı avtomobilimi satdığımı dedim.

Anarın evində saxlanılan zaman əlində bıçaqla bir neçə dəfə mənə hədə-qorxu gəldi. Mən də qorxduğum üçün maşını Vüsala satacağıma razılıq verdim. Lakin Vüsalın məcburiyyət qarşısında qalaraq avtomobilimi satdığımdan xəbəri olmayıb. Vüsal saat 12-yə kimi pulu çatdracağını və avtomobili Xırdalan şəhərindən götürəcəyini bildirdi".

"Fala baxdırdığını və heç nə olmayacağını dedi"

Zərərçəkmiş şəxs qeyd edib ki, bu zaman Nərminlə söhbət edib: "Nərminə dedim ki, sizin bu hərəkətiniz qanuna ziddir, nəticəsi yaxşı olmayacaq. Nərmin isə fala baxdırdığını və heç nə olmayacağını dedi. Hətta bir neçə dəfə o, yanımda kiminləsə telefon əlaqəsi yaratdı və etdikləri hərəkətlər barədə məsləhət aldı. Nərmin həmin şəxsin falçı olduğunu dedi.

Bir az keçdi, Anar içəri girdi. Polis əməkdaşlarının gəldiyini, Saranın da onların yanında olduğunu dedi. Anar Eşqinə dedi ki, narahat olma, polis deyillər, Sara adam gətirib.

Bundan sonra Anar otaqdan çıxaraq getdi. Mənim yanımda Eşqin tək qaldı. Təxminən 2 saat sonra olduğum otağa alçaq boy, kök bir oğlan girdi. Eşqinə dedi ki, buradan çıxmaq lazımdır, polislər onları axtarır. Artıq əl-ayağım və ağzım açıq idi.

Eşqin əlimdən tutdu, səsimi çıxardacağım təqdirdə bıçaqla vuracağını dedi, onunla getməyimi bildirdi. Eşqin və dolu bədən quruluşlu oğlan evdən çıxdım, "Elmlər Akademiyası" metrosu istiqamətində getdik. Yolda Anar da bizimlə görüşdü. Biz "Mercedes 190" markalı taksi avtomobilə əyləşdik, dolu bədən quruluşlu şəxs həmin yerdə qaldı.

Taksiyə minməmişdən əvvəl Anar dedi ki, səsin çıxsa, səni bıçaqla vuracağıq. Birlikdə "Nizami" metrosunun yaxınlığında yerləşən məscidin yanına gəldik. Orada taksidən düşdük. İki polis əməkdaşı gördüm və onlara tərəf qışqıraraq kömək istədim. Bunu hiss edən Anar və Eşqin məni bıçaqla vuracaqlarını dedilər. Mən də susdum".

Zaminin sözlərinə görə, həmin ərazidə tanımadığı yerə aparılar: "Nərmin də ora gəldi. Eşqin Anara dedi ki, artıq gecdir, istədiyimiz pulu əldə edə bilmirik, Zamini də aparacağımız yer yoxdur, çünki polislər bu məsələni artıq bilirlər. Ona görə Zamini buraxmaq lazımdır.

Anarla Nərmin məsləhətləşdilər. Nərmin dedi ki, yoldaşımın qızıllarını ona verim. Mən isə Saranın qızıllarının lombardda olduğunu bildirdim.

Bundan sonra Anar avtomobilinin açarını mənə verdi və maşının təxminən 200 metr kənarda olduğunu bildirdi. Məni buraxan zaman dedilər ki, 1500 manat pulu bir günə düzəldərək onlara verim. Mən də 800 manat düzəldə biləcəyimi söylədim və oradan uzaqlaşdım".

Anar 12 il, Eşqin 11 il, Yavər 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin Eşqinin başqa bir çəkilməmiş cəzası hazırkı cəza ilə birləşdirilib və ona əlavə olaraq 3 min manat cərimə cəzası da təyin olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi
Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi