Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69668
az

Azərbaycana qar yağdı

23:2520 May, 2022
255
  • A

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a verilən məlumata görə, mayın 20-si saat 17:00-a olan məlumata əsasən Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək.

21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü