Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69663
az

Sarıkökün misilsiz faydası

22:5220 May, 2022
179
CƏMİYYƏT
  • A

Bildiyimiz kimi, sarıkök qidalara çox gözəl dad və rəng verir. Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir.

Sarıkök qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub.

Sarıkök çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir.

Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta "təbii antibiotik" adlandırırlar. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.

Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir.

Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır.

Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər.


Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir.

Sarıkök qara ciyər üçün də çox xeyirlidir - qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.

Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.

Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.

Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.

Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yatmazdan əvvəl dişlərimizi fırçalamasaq, nə olar?
Xəzərdə suyun səviyyəsi rekord həddə azalıb - fəsadları nə olacaq? - VİDEO
İDDİA: "Kənd yumurtası" adı altında broyler yumurtaları satılır -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bakıda 15 yaşlı oğlan     itkin         düşdü