Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69659
az

İngiltərədə uşaqla birlikdə böyüyən ayaqqabılar satışa çıxarılacaq - FOTO

21:1620 May, 2022
582
DÜNYA
  • A

Britaniyanın "PipHenry" startapı uşağın yaşı artdıqca böyüyən uşaq idman ayaqqabısı hazırlayır - ayaqqabı onu geyinən uşağa çox kiçik olana qədər üç yarım ölçüyə qədər böyüyə bilir. İdeya müəllifləri hesab edirlər ki, onların kəşfi iqlim böhranı ilə mübarizəyə kömək edəcək.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, yaradıcıların fikrincə, texnologiya bir cüt ayaqqabının ömrünü ən azı iki dəfə artıracaq. Bu o deməkdir ki, zibilxanada tullantıların miqdarı da azalacaq.

Brendin yaradıcısı Jeru Dudmal uzanan ayaqqabı yaratmaq ideyasının qızı dünyaya gələndən sonra ağlına gəldiyini söyləyib.

"PipHenry" hazırda uzanan ayaqqabılar üçün altlıq variantları üzərində işləyir. Mümkün variantlar arasında uzanan və yerində bağlana bilən çevik material və ayaqqabıya quraşdırılmış sürüşmə mexanizmi var.

Ekoloji ayaqqabıların 2023-cü ildə satışa çıxarılması nəzərdə tutulur. Yaradıcılar idman ayaqqabısı üçün mümkün qədər aşağı qiymət təyin edəcəklərinə söz verirlər ki, mümkün qədər çox ailə ala bilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Antalyada zəlzələ oldu
Tramp Maskla belə rəqs etdi -VİDEO
Bu uçuşlara qoyulan qadağa ləğv edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO