Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69586
az

Tanınmış meyxanaçıya hökm oxundu

20:0618 May, 2022
861
  • A

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Cavid Babaşovun (Sumqayıtlı) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

OXU24.COM APA-ya istinadən bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasan, Cavid Babaşov narkotik satışında təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Prokuror ittiham olunan şəxsə 9 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, Cavid Babaşov bir il əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi məlumata görə, meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.


Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin dövriyyəsi qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da əlavə edək ki, ittiham olunan şəxs Cavid Sumqayıtlı tanınmış meyxanaçıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi