Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 40 yaşlı jurnalist uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, o, "Sputnik Azərbaycan"ın əməkdaşı olub.
İradə Cəlil 1982-ci il, avqustun 30-da Bakıda Zabrat qəsəbəsində doğulub. Uşaqlığı Zabratda keçən jurnalist Xavər Vəliyev adına 75 saylı orta məktəbi bitirib. "Mühasibat uçotu və auditin əsasları" fakültəsinin məzunu olub, Türkiyədə Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində təhsilini davam etdirib.
Yenilənib...
Jurnalist İradə Cəlilin vəfatı ilə bağlı məlumat təkzib edilib.
Jurnalistin yaxınları ilə əlaqə saxlayan “YeniÇağ.az”a verilən açıqlamada bildirilib ki, ölüm xəbəri yalandır.
“Hazırda Gürcüstanda yaşayır. Sağ-salamatdır”, - deyə qeyd edilib.
Oxu24.com
ŞƏRHLƏR