Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69512
az

Axtarışda olan Afət Fərmanqızı Azərbaycanı necə tərk edib? - ÖZÜ AÇIQLADI

18:1116 May, 2022
225
CƏMİYYƏT
  • A

Məlum olduğu kimi, uzun müddətdir müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

F. Kərimova A. Fərmanqızının onu təhqir etdiyini iddia edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.

Ötən həftə isə A. Fərmanqızı məhkəmələrə gəlmədiyi üçün axtarışa verilməsi barədə məlumatlar yayıldı.

Həftəsonu isə müğənni axtarışda olduğu halda ölkəni tərk etməsi ilə bağlı paylaşım etdi.

Bəs görəsən axtarışda olan müğənni ölkəni necə tərk edib? 

OXU24.xəbər verir ki, lent.az mövzu ilə bağlı Afət Fərmanqızının özü ilə əlaqə saxlayıb.

Müğənni Azərbaycanı tərk etdiyini təsdiqləyərək bunun necə baş verdiyini saytımıza danışıb: 

"Bəli, Azərbaycandan getmişəm və hazırda Rusiyadayam. Ölkəni tərk edərkən də heç kim məni saxlamadı və sorğu-sual etmədi. Əgər axtarışda olsaydım ölkə sərhədlərini necə keçərdim?! Yerimi onsuz məhkəməyə demişdim. Bu günə kimi də harada qeydiyyatda idimsə orada idim. Həmin gün hamiləliyimlə bağlı narahatlığım, ürəkbulanmam oldu. Bununla əlaqədar həkimdən kağız da almışdım. Hər şey məhkəməyə təqdim olunub. Amma məhkəmə qərəzli olduğu üçün guya barəmdə axtarış elan edib. Bunun hamısı sifarişli imiş".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA