Hindistanın Madhya Pradeş ştatında qəribə hadisə yaşanıb.
OXU24.COM lent.az-a istinadən xəbər verir ki, iki bacının birgə toy mərasimi zamanı işıqlar sönüb.
Bundan sonra məmur mərasimi dayandırmayıb və davam etdirib. Amma qaranlıqda bacıları qarışdıran nikah məmuru gəlinləri bir-birinin bəyləri ilə evləndirib.
Hadisə işıqlar yanandan sonra ortaya çıxıb.
Gəlinlərin atası isə hər iki qızının qırmızı paltar geyinməsinin məmurda çaşqınlıq yaratdığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR