Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69270
az

Ələ keçirilən və Putinə aid olduğu deyilən yaxta - Video

00:3609 May, 2022
537
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, İtaliya hökuməti, Rusiya hökumətinin tanınmış şəxsləri ilə əlaqəsi olduğu səbəbilə Karara limanında dayanmış təxminən 700 milyon dollar dəyərindəki lüks yaxtanı ələ keçirib.

Rusiyanın aparıcı müxalifət xadimi Aleksey Navalnının təsis etdiyi təşkilat mart ayında hesabat dərc edərək, sözügedən yaxtanın Rusiya prezidenti Vladimir Putinə aid olduğuna dair sübutların olduğunu bildirib. İddia ilə bağlı Kremldən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İtaliya Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Karara limanında dayanan “Şəhrizad” adlı yaxta nazir Daniele Frankonun əmri ilə polis tərəfindən ələ keçirilib. Təxminən 700 milyon dollar dəyərində olan dəbdəbəli yaxtanın kimə məxsus olduğu açıqlanmasa da, onun Rusiya hökumətinin aparıcı ünsürləri ilə əlaqəsi olduğu bildirilib. Yaxtanın uzun müddətdir səlahiyyətlilər tərəfindən izləndiyi də qeyd olunub.

140 metrlik lüks yaxta sentyabr ayından İtaliyanın Marina di Karrara limanında texniki xidmət görür. Yaxta iki helikopter meydançasına malikdir, 18 qonaq və 40 ekipaj üzvünü qəbul edə bilir.

Digər tərəfdən İtaliya aprel və may aylarında ölkəyə müntəzəm olaraq tətilə gələn və bir çox mühüm ərazilərdə mülk alan ruslara məxsus dəyəri 900 milyon avronu keçən villa və yaxtalara əl qoyub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin