Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69169
az

İki dükan arasında tualet, toyuq ayaqları, mikrob yuvası... - “Vasmoy bazarı”ndan FOTOREPORTAJ

21:2805 May, 2022
419
CƏMİYYƏT
  • A

Nizami rayonunun 8-ci kilometrliyində yerləşən məşhur bazara yəqin ki, yolu düşənlər az deyil. Süfrələrimizə ərzaqlar hansı şəraitdən çıxıb gəlir? Sağlamlığımızı kimlərə etibar edirik?

OXU24.COM xəbər verir ki, bu sualların cavabını tapmaq üçün Lent.az oradakı vəziyyəti öz gözlərimizlə görmək qərarına gəldi.

Bazarın başından ətrafı müşahidə edə-edə gəldik, çıxdıq ərzaq məhsulları olan hissəyə. Maşallah olsun, burada nə desən var - hər cür məhsul satılır. "Gəl, ay xanım, gəl, təzə kənd çolpası burdadı!", "Öz həyətimizdən təzə xiyar, badımcan var!", "Təzə Gədəbəy kəklikotusu qurtardı!" -, satıcılar müştərini piştaxtaya səsləyirdi. Müştəri çox, məhsul çox, alan az idi. Sən demə, ora qədər gördüklərimiz az imiş. Bazarda məhsullardan çox qarşımıza hər cür zibil çıxdı: zibillə dolu yeşiklər və arabalar, su butulkaları, toyuq ayaqları, balığın pulcuq və quyruqları, xarab olmuş göy-göyərti və s. O üfunətli qoxunu sözlərlə ifadə etmək asan deyil. Bu zibillər əsas da başını aşağı salıb çörək pulu qazanan satıcıların ayaqlarının, piştaxtalarının altına yığılmışdı. Konkret antisanitariya yuvasına çevrilmiş yerdə çalışan satıcıların sözlərinə görə, "hava" onlara xoşdur, hətta əvvəl burada daha çox zibil var imiş. Onları qınamaq olar, ya olmaz, onu oxucular biləcək. Ancaq təmizlik işçilərinin arada gəlib baş çəkdiklərini, əraziyə təzəliklə zibil konteynerlərinin qoyulduğunu dilə gətirdilər. 

Yaxşı, bəs yerdə bizə baxan zibillərin kiməsə dəxili yoxdur? Bu məsələ yəni, heç kimi maraqlandırmır? Alverçi məsuliyyətsizliyi, yoxsa...?

Bu cavabsız suallarla birlikdə bazarın içərisinə doğru irəliləyirik. İrəlilədikcə, yenə başqa bir mənzərəyə şahid oluruq. Bu dəfə meyvə ilə tərəvəz satılan yer arasında ayaq yolu salınmışdı. Bəs bunun hansı məntiqi açıqlaması ola bilər? Bazardakı bu cür bərbad vəziyyətə aidiyyatı qurumlar səssiz qalsalar da, biz səssiz qala bilmərik. Söhbət əhalinin süfrəsinə yol açan mikroblardan, bu vəziyyətdən kimlərinsə sui-istifadə etməsindən gedir. 

Bu vəziyyət mediada hələ nə qədər işıqlandırılacaq? Sualın cavabını almaq üçün aidiyyatı qurumlara sorğu göndərdik. Cavab əldə olunan kimi bununla oxucularımızı da tanış edəcəyik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi