Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68951
az

DİQQƏT! Bu hallarda əmək pensiyası kəsiləcək

23:3829 Aprel, 2022
1708
REDAKTORUN SEÇİMİ
  • A

Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması qaydası məlum olub.

Bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. Həmin hallar aşağıdakılardır:

- əmək pensiyaçısı vəfat etdikdə;
- əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda;
- bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda).
Qaydaya əsasən, aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında həmin hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır:
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də)
- sosial müavinət alan şəxslər barədə məlumat;
- əlilliyi olan şəxslər barədə məlumat;
- əmək müqaviləsi bildirişi üzrə məlumat;
Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
- əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi;
- əmək pensiyaçısının dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;
Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” və “Tələbə-məzun” dövlət elektron məlumat sistemində və Dövlət Qulluqçuları Reyestrində:
- təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;
- dövlət qulluqçularının yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat;

Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində əmək pensiyaçısının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat.
Əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya 1 nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.(qafqazinfo)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü