Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68862
az

Duanın tez qəbul olması üçün nə etmək lazımdır? - DİNİ CAVAB

22:0127 Aprel, 2022
4323
MARAQLI
  • A

Sual: 
men dua edirem duallarim qebul olmur ne edim mene bir yol oyredim
Cavab: 
Salam aleykum. Duaların qəbul olunması üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) müxtəlif vasitələr bildirmişdir:

Namazlarda dua etmək; "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482). Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Hansı dua daha çox eşidiləndir" - deyə soruşduqda O: "Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua" - deyə cavab vermişdir. (ət-Tirmizi, 3499).
Salam aleykum. Duaların qəbul olunması üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) müxtəlif vasitələr bildirmişdir:

Fikri toplamaq, Uca Allaha ürəkdən yalvarmaq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bilin ki, Allah qafil qəlbdən çıxan duanı qəbul etməz". (ət-Tirmizi, 3707).
Yaxşı işlər görmək. Uca Allah buyurur: "O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar". (əş-Şura, 26).
Tələsməmək. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Həmçinin demişdir: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (İmam Əhməd, 3/18).
Gecənin son üçdə birində dua etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Rəbbimiz hər gecə dünya səmasına enər və gecənin axırıncı üçdə biri olduğu vaxt deyər: Mənə dua edən bir kimsə varmı onun duasını qəbul edəm?! Məndən istəyən bir kimsə varmı onun dilədiyini verəm?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayam?!" (əl-Buxari; Muslim). Daha ətraflı: Gecə namazı necə qılınır?
Nafilə (əlavə) ibadətlər etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Rəbbimiz buyurur: "Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram". (əl-Buxari).
Duaların qəbul olunduğu vaxt və məqamlardan istifadə etmək. Bunlara daxildir: Cümə günü edilən dua, azan və iqamə arasında edilən dua, yağış yağarkən, oruclu olarkən olunan dualar, habelə səfərdə olan müsafirin duası, valideynin övladı üçün etdiyi dua və s. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO
Tısbağanın başından görün nələr çıxdı— ŞOK VİDEO
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm olmayıb”- Rusiya İstintaq Komitəsi