Müharibənin başladığı 24 fevraldan bəri Rusiyanın Ukraynada 300-dən artıq yüksək rütbəli zabiti həlak olub. “OXU24.COM” xəbər verir ki, bu barədə Rusiyanın müstəqil media qurumu olan “MediaZona” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, statistika yerli hökumət rəsmiləri, qəzetlər və ailələrin sosial mediada paylaşdığı ölüm xəbərləri əsasında hazırlanıb.
Qəzet yazır ki, 62 gündür davam edən qarşıdurmalarda ümumilikdə 317 yüksək rütbəli rus zabiti öldürülüb. Ölənlər arasında leytenantlar və mayorlarla yanaşı, iki yüksək rütbəli generalın da olduğu bildirilir.
“MediaZona” Ukraynada rus hərbçilərin ölümü ilə bağlı 1744 məlumat topladığını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, Kremlin açıqladığı rəsmi statistikaya görə, indiyə qədər Ukraynada 1351 rus hərbçisi həlak olub. Rusiyanın etiraf etdiyi ən yüksək rütbəli ölümlər isə general-mayor Andrey Suxovetski və Vladimir Frolov olub.
“MediaZona” həmçinin Rusiyanın Qara dəniz donanması komandirinin müavini, 1-ci dərəcəli kapitan Andrey Palinin də öldürüldüyünü açıqlayıb.
Oxu24.com
ŞƏRHLƏR