Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68786
az

Nazir bu məsələni araşdırmalıdır... - Valideynlər NARAHATDIR...

16:1026 Aprel, 2022
182
  • A

Xəzər rayon Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbdə dəhşətli situasiya hökm sürür.

Oxu24.com Demokratik.Az-a istinadla bildirir ki, bu barədə həmin məktəbin 7-G sinifində təhsil alan şagird Fərhadov Vurğun Əkbər oğlunun valideyni Əkbər Sadıyev məlumat verib.

Şikayətçinin verdiyi məlumata görə, məktəbdən digər illərdə xaric edilmiş şagirdlər yenidən təhsil qaydalarına uyğunsuz şəkildə məktəb həyətinə və binasına daxil olur və təhsilini davam etdirən azyaşlı şagirdlərə qarşı xuliqanlıq hərəkətləri edir.

Belə ki, üzərində bıçaq, siqaret gəzdirən yeniyetmələr məktəb binasında sabitliyi və təhlükəsizlik qaydalarını pozaraq azyaşlılardan pul tələb edir. Onlar hələ yaşı bəzi yalnışları dərk etməyəcək həddə olan uşaqları siqaretə, digər zərərli vərdişlərə aludə etməyə və cinayət xarakterli hərəkətlər etməyə məcbur edirlər.

Xoşagəlməz hadisə şikayətçi Əkbər Sadıyevin azyaşlı övladı Vurğunun da başına gəlib. Əkbər bəy təcili sözügedən məktəbin direktoru Əbülfət Bağırovun qəbuluna gedib və bu barədə onu məlumatlandırıb. Təəssüf ki, xuliqanlıq edən şəxslərin kimlər olmasını müəyyən etmək istəyən valideyn direktorun hədə-qorxusu ilə üzləşib. Məktəbdə yerləşdirilmiş kameralara baxmaq üçün müraciət edən Əkbər Sadıyev bu dəfə də direktordan rədd cavabı alıb.

Sadıyev onu da bildirib ki, övladının təhlükəsizliyi tam təmin edilmədikcə məktəbə qoymayacaq və bunlar barədə təhsil nazirliyindən cavab istəyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
Bakının 4 rayonunda qaz olmayacaq
Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verildi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı