Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6878
az

“Camaat bir-birinin belinə minir” - Metro qapıları NİYƏ TEZ BAĞLANIR? - FOTO

21:1508 Noyabr, 2018
980
CƏMİYYƏT
  • A
Stansiyada qatarların dayanma müddəti və qapıların üzümüzə açıq olma vaxtı sərnişin sıxlığından aslı olaraq 20-30 saniyə təşkil edir. Yer üstündə tələsənlər isə elə yerin altında da "qapını tut", "arxa vaqona qaç" kimi öz aləmlərində çıxış yolu tapırlar. Avtobusların qapısından asılmağa razı olanlar metro qapılarını tutub saxlamaqdan da çəkinmirlər.

Oxu24.com xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bir səhər dərsə gedəndə, bir də dərsdən qayıdanda dəhşət tıxac olur. 2-3 qatar ötürməli oluruq".

Sakin: "Tez-tez gəlib keçir sadəcə adam çox olur, camaat bir-birinin belinə minir".

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Sərnişinlər stansiyanın platformasına düşərkən qaça-qaça gələrək məhz arxa vaqona istiqamətlənirlər. Biz son dövlərlər sərnişinlər arasında bu cür halların azalmasını müşahidə edirik. Sərnişin özü sosial məsuliyyətini hiss edib bunu etməməlidir. Ən azından biz bilirik ki, iki dəqiqə sonra növbəti qatar gələcək".

Stansiyanın çoxluğuna görə, ən uzun xətt Dərnəgül xətdidir. Əsas təhsil müəssisələrinin, dövlət müəssisələrinin və təşkilatların ən çox yerləşdiyi ərazilər məhz bu metro xəttinin payına düşür. Bu səbəbdən də həmin istiqamətdə sərnişin sayı daha çoxdur. Hətda havalar soyuyur, təlabat daha da artırsa vəziyyət daha da qəlizləşir. Buna görə də qış vaxtı intervalda dəyişikliklər nəzərdə tutulur.

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Mövcud xətlər eyni müstəvi üzərində kəsişdiyindən interval qrafikinin minimal həddi 2 dəqiqədir. Xətlərimiz 28 maydan sonra iki hissəyə bölünür: İçərişəhər və Dərnəgül. Avtomatik olaraq həmin mənzillərdə interval iki dəfə artıq olur. Qalan vaxtlarda sərnişin sıxlığından asılı olaraq interval iki dəqiqə yarım üç dəqiqə, gecə saatlarına doğru da bir qədər çox olur".

Problemin yaranmasının əsas səbəblərindən biri məhz qoşa xəttin eyni müstəvidə kəsişməsidir.

Bəxtiyar Məmmədov - Bakı Metropoliteninin QSC-nin mətbuat xidmətinin rəhbəri: "Dünya ölkələrinin heç birində iki xətt eyni müstəvidə kəsişmir. Bu Bakı metropolitenində var və çətinliyi yaradan məqam da budur. Bakı Metropoliteninin konseptual inkişaf sxemi var, gələcəkdə həmin sxemə əsasən həmin xətlər bir-birindən ayrılacaq".

Bir sözlə bu sahədə də görüləcək işlər çoxdur. Metro stansiyalarının sayı artıqca, qatarların gecikməsi və sıxlıq kimi problemlər də öz həllini tapacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...