Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68733
az

Ərdoğan Zelenski ilə Mariupoldakı vəziyyəti müzakirə ETDİ

21:0924 Aprel, 2022
539
  • A
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. R. T. Ərdoğan Ukrayna və Rusiya arasında müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib. O, Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kömür mədənində partlayış oldu
Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var
Türkiyədə “TikTok” qadağan olunur?