Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68695
az

SON DƏQİQƏ! Ukraynanın Müdafiə Nazirliyi açıqlama yaydı: Gecə nələr yaşanıb..

11:0823 Aprel, 2022
1078
  • A
Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub. “Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib: “Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib”. Mariupolda “Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir: “Rusiya bölgəyə havadan zərbələr endirir”. Məlumata əsasən, Rusiyanın “Vaqner” özəl hərbi birləşməsi taqımının 200-dək şəxsi heyətinin hazırlığı başa çatıb. Onları Novobaxmutovkaya yerləşdiriblər: “Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar”. Vurğulanıb ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir mühüm qərar İMZALADI
Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu