Tədris ili başlayandan 2 dəfə uçan məktəb ilə bağlı xəbərimiz var. Söhbət Bərdə rayon Mehdili kənd tam orta məktəbindən gedir. İlk hadisə ötən ilin oktyabrında olub. Lakin görünən odur ki, həmin vaxt heç kim məsələnin ciddiliyinin fərqinə varmayıb. Çünki bu gün səhər saatlarında sözügedən məktəbdə növbəti belə hal yaşanıb. Xoşbəxtlikdən bu dəfə də xəsarət alan olmayıb. Allah 3-dən qorusun.
Bərdə rayonun Mehdili kənd tam orta məktəbi bu gün səhər saatlarında uçub. Bu, kənd məktəbində tədris ili başlayandan bəri baş verən ikinci uçqundur.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bu məktəbdə ilk uçqun hadisəsi ötən ilin oktyabrında baş verib. Qəzalı vəziyyətdə olduğuna görə məktəbin həyətinə tədris üçün fərdi otaqlar quraşdirilib və tədris orada davam edirilib.
Mehdili kənd orta məktəbi 1990-cı illərdə istifadəyə verilib və təhsil müəssisəsində 210 şagird təhsil alır. məktəbdə baş verən hadisədən sonra dərhal aidiyyəti üzrə məlumat verilib. Aidiyyəti qurumlardan gəlib təhsil müəssisəsinin vəziyyəti ilə yerində tanış olublar.
Məsələyə bağlı Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sözü gedən təhsil ocağı qəzalı məktəb binas kimi qeydiyyata alınıb. Yeni məktəb binasının tikintisi üçün lahiyə işləri aparılıb, və yaxın zamanlarda tikinti işləri həyata keçiriləcək.
Oxu24.com
ŞƏRHLƏR