"Azərbaycanda maska qadağasının ləğvi gözlənilir".
Oxu24.com xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, ancaq bununla bağlı tarix dəqiq deyil: "Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağının isə dəqiq deyə bilmərik”.
Vüqar Qurbanov həmçinin TƏBİB-in məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər təqdim etdiyini açıqlayıb.
Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.
TƏBİB sədri vəzifəsini icra edən Vüqar Qurbanov quru sərhədlərinin açılması ilə bağlı məsələyə də münasibət bildirib.
O bildirib ki, karantin qaydalarının dəyişdirilməsi ilə bağlı son qərarı Nazirlər Kabineti yanında Operativ qərargah verəcək.
“TƏBİB sərhədlərin açılması məsələsinə müdaxilə etmir. Respublikamızda karantinlə bağlı ciddi bir sıxıntı yoxdur. Xəstəliklə bağlı vəziyyət, eyni zamanda pandemiyaya nəzarət yüksək səviyyədədir”, - deyə o qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR