Bakı Apellyasiya Məhkəməsində gərgin anlar yaşanıb.
Oxu24.com-un əldə etdiyi məlumata görə,proseslərin birində müdafiəçi kimi iştirak edən vəkil Elmar Süleymanov posesə gecikib. Buna görə hakim Xəyalə Cəmilova irad bildirib. Vəkil hakimə" Sizə proseslərə gecikmək olar,bizə yox?" cavabını verib. Hakim bunu məhkəməyə təhqir kimi qəbul edib. Bu səbəbdən də vəkil haqqında akt tərtib edilərək istintaqa göndərilib.
Oxu24.com məsələ ilə bağlı vəkil Elmar Süleymanovla əlaqə saxlayıb.O, açıqlamasında bildirib ki, haqqında akt tərtib edilməsindən xəbərsizdir.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR