Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68625
az

SON DƏQİQƏ! Rusiya mühüm şəhəri işğal etdi - Şoyqu açıqladı

11:1221 Aprel, 2022
2654
  • A

Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.

Oxu24.com xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib.

Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:

“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.

Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.

Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir. (report)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ