Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəmnində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
ŞƏRHLƏR