Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68574
az

Sənədsiz ev sahiblərinin nəzərinə: Hansı evlərin söküləcəyi AÇIQLANDI

00:0320 Aprel, 2022
425
  • A

Bakıda vətəndaşların neçə illərdir əziyyət çəkdiyi məsələlərdən biri qanunsuz tikilən evlərin sənədləşməsi ilə bağlıdır.

Oxu24.com redaktor.az-a istinadən bildirir ki, uzun illər davam edən bu problemlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, bəzi evlər var ki, onlara sənəd verilməyəcək:
 
"Sənədsiz evlərlə əlaqədar məsələ dəfələrlə qaldırılıb, Milli Məclisdə biz toxunmuşuq, mətbuatda mütəmadi işlənilir. Bununla əlaqədar dövlət başçısının sərəncamı, göstərişi olub. Amma mən maraqlanmışam, bu sahədə kifayət qədər işlər görülüb. Belə məlumatlar var ki, o insanların ki, evləri hansısa elektrik naqillərinin altındadır, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığındadır, onlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək. Hal-hazırda bu barədə bizdə müəyyən məlumatlar var. Mənə elə gəlir ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq. Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək".
 
Millət vəkilinin sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir.
 
"İndi Dövlət Əmlak Məsələləri Xidmətində də bu işlə məşğuldurlar. Yəni sənədlər nədi, nə deyil, onlar hamısını qanuna uyğun olaraq tələb edirlər. Amma sənədləşdirmədən imtina da ola bilər. Bunlar o evlərdir ki, boruların, qaz kəmərlərinin üstündə, elektrik naqillərinin altında, dəmir yolunun yaxınlığında ola bilər və s. Belə evlər də kifayət qədərdir", - deyə Vahid Əhmədov bildirdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü