Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6851
az

“Bütün Bakının saytı” yaradıldı

09:4808 Noyabr, 2018
611
CƏMİYYƏT
  • A
 “Bütün Bakının saytı” – Bakucity.az fəaliyyətə başlayıb. Müasir şəhər saytı Bakıya həsr olunub. Xəbərlər, biznes kataloq, afişa, əyləncə və müxtəlif sahələr üzrə elanları özündə birləşdirəcək sayt oxucularına məlumatı Azərbaycan və rus dillərində çatdıracaq.

Bakucity.az beynəlxalq franşize şirkəti olan “CityCites” şəhər saytları şəbəkəsinə daxildir. “CityCites” şirkəti isə dünyanın 130-dan çox şəhərində fəaliyyət göstərir. İndi nəhayət, Bakı da bu şəhərlərin sırasına qoşulur.

Bakucity.az paytaxt haqqında sayt olmaqla şəhərdə baş verən hadisələrdən xəbər tutmağa, asudə vaxtı səmərəli keçirməyə yardımçı olacaq, Bakının mədəni və işgüzar həyatını işıqlandıracaq.

Saytın xəbərlər bölməsində oxucular Bakı şəhərində baş verən hadisələrdən xəbər tutacaqlar. Həmçinin burada şəhər həyatı ilə bağlı sakinləri maraqlandıran araşdırmalar, məqalələr, sorğular da yer alacaq.

Afişa bölməsində Bakıda baş verən müxtəlif tədbirlərin afişaları yer alacaq. Oxuculara kinoteatr, teatr, konsert zallarının və digər istirahət və əyləncə məkanlarındakı tədbirlərin məzmunu, vaxtı və biletlərinin qiymətləri haqqında ətraflı məlumat veriləcək.

Platformanın əyləncə bölməsində isə oxucular Bakı şəhərində mövcud olan müxtəlif əyləncə məkanlarının və iaşə obyektlərini ünvanı, fəaliyyəti və qiymətləndirilməsi haqqında məlumat ala biləcəklər.

Saytın ən əhəmiyyətli bölmələrindən biri də biznes kataloqdur. Müxtəlif şirkətlər və biznes obyektləri bu kataloqda öz səhifələrini yarada və təşviqatlarını apara biləcəklər. Oxucular isə onların fəaliyyəti barədə düzgün və ətraflı informasiya əldə edəcəklər.

Onlayn platforma qeyd edildiyi kimi geniş spektri əhatə edəcək. Burada Bakı şəhərinin sakinləri həmçinin iş vakansiyalarına müraciət etmək, müxtəlif elanlar yerləşdirmək, fotohesabatlarla tanış olmaq fürsəti qazanacaqlar.

Bir sözlə, Bakucity.az saytı Bakı haqqında dolğun və faydalı baza rolunu oynayacaq.

www.bakucity.az – Bütün Bakının saytı Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü