Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68472
az

SON DƏQİQƏ! Ukrayna rəsmi açıqlama yaydı: Mariupol və Xarkov...

13:4117 Aprel, 2022
1491
REDAKTORUN SEÇİMİ
  • A

“Gün ərzində Mariupola aviazərbələr endirilib, dəniz limanına hücumlar olub”.

Oxu24.com  “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Silahlı Qüvvələrimiz güclü müdafiəni təmin edir. Mariupol Ukrayna üçün qalxandır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır”, - o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 10 hücumunu dəf edib:

“Xarkovda durum ağırdır. Şəhərin bir hissəsi mühasirədə qalıb. Qarşı tərəfin şəhərə hücumları davam edir. Savaş Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiya hərbçiləri dinc sakinləri hədəf alır, humanitar yardıma mane olurlar”.

Qeyd edək ki, Mariupolun meri daha əvvəl demişdi ki, müharibədən bəri şəhərdə 20 minə qədər dinc sakin həlak olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı