Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68392
az

Hansı Qohumla EVLƏNMƏK OLMAZ? - MÜTLƏQ İZLƏYİN!

19:2715 Aprel, 2022
692
REDAKTORUN SEÇİMİ
  • A

Dünya əhalisinin 12 faizini fiziki və əqli qüsurlu insanlar təşkil edir. Maraqlı olan bu insanların əksəriyyətinin ana-atalarının qohum olmasıdır. Bəli, düz eşitdiniz. Qohum evliliklərindən danışacağıq bu gün.  

Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.5 faizi, Hollandiyada 0.3 faizi öz qohumuyla evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlərdə isə bu rəqəm 0.9 faizdir.

Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35.8 faizi, Küveytdə 54.3 faizi öz qohumuyla evlənir. Yəni təxminə əhalinin yarıdan çoxu. Məsələn, ABŞ-ın 24 ştatında ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi "göbəkkəsdi" etmirlər.

Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub. Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar.

Qohum evlilikləri adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risq 2 dəfə artır.

Qohumlar arası evlilik ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir.

Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qouhum evliliklərdə zərərli genlərin birbiri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.

Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Türkiyədə aparılan sorğuda qohum evlilərə "indi belə bir evliliyə razı olardınızmı?" sualı verilib. Əksəriyyət çox peşiman olduğunu, "bu günkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" deyiblər.

Azərbaycanda isə qeydə alınan nikahların təxminən yarısı qohumlar arasındadır. Bu nikahlar nəticcəsində uşaqlarda yaranan xəstəliklər arasnıda talassemiya ilk sırada gəlir. Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.

Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.

İslam dini əmi, dayı, xala uşaqlarının evliliyi ilə bağlı xüsusi qadağa qoymur. Ancaq bəzi hədislərdə məsləhət görülür ki, insanlar uşaqlarının sağlamlıqları üçün uzaq biri ilə evlənsinlər. Qohum evliliyi istəyən cütlüklər nəzərə almalıdırlar ki, onların uşaqlarını yaşam şansı çox aşağı olacaq, dərmanlardan asılı qalacaqlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident yeni fərman İMZALAYIB
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
4 nəfər ölüb - Cinayət işi açıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı