Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68354
az

Bağırsaq qurdlarını bir saata tökür - Qaynadıb suyunu....

00:2315 Aprel, 2022
3636
TİBB
  • A

Bağırsaq parazitləri geniş yayılmış  problemlərdəndir. Ankilostom, nematodlar, qarnıkipriklilər, rotatorilər, qılqurdkimilər, kinorinxlər, uşaq bizquyruğu, tükbaş, askarid kimi bir çox növləri vardır. Bağırsaq parazitlərinin səbəb olduğu iltihablanmaların əksəriyyətinin xüsusi əlaməti yoxdur. Yəni, bağırsaq qurdlarının mövcud olmasını və ya növünü müəyyən etmək üçün insan nəcisi analiz edilməlidir. Bağırsaq parazitlərinin olması müxtəlif faktorlara əsaslanır. 
 Parazitin növünə, yerləşdiyi orqana görə, orqanizmə verdiyi zərər fərqli olur. Qılqurdu iltihablanması balaca soğulcan parazitlərdən qaynaqlanır və hər il  milyonlarla insanda, xüsusilə də, məktəb yaşlı uşaqlarda yaranır. Əgər uşağınızda qılqurdu varsa, narahat olmayın. Bu qurd qaşıntıya və narahat yuxuya səbəb olur. Asan təmizlənir. 
 Qılqurdu yoluxucudurmu? Bəli! Ailədə bir nəfərdə bu parazit varsa, bütün ailə üzvləri müalicə olunmalıdır. Ailədə nizamlı əl yuma və mütəmadi ev təmizliyi, alt paltarının tez-tez dəyişilməsi, bütün əl dəsmalları,  qətfələr və pijamaların yuyulması da müalicənin bir hissəsi olmalıdır. Mikroskopik qılqurdu yumurtaları ağız, ya da nəfəs yoluyla orqanizmə daxil olurlar. Bu yumurtalar kirli əllərdə və çirkli səthlərdə olur. Məsələn; yataq örtüyü, əl dəsmalı, alt paltarı, tualet, oyuncaqlar, açıqda olan qidalar, mətbəx masaları, məktəbdə partalar və ya bufet masaları, ümumi üzgüçülük hovuzlarında bu yumurtaların olma ehtimalı böyükdür. Yumurtalar həzm sistemiylə incə bağırsağa gedir, ordan da qalın bağırsağa keçirlər. Başlarını bağırsağın daxili divarında sabitləyir, orada parazit kimi yaşamağa başlayarlar. Təxminən, 1-2 ay sonra  yetkinlik dönəminə çatan dişi qılqurdları qalın bağırsaqdan rektum blgəsinə doğru irəliləyir. Oraya anus ətrafında qaşıntıya səbəb olan yeni yumurtalar qoyurlar. 
 Bağırsaq qurdunun varlığının ilkin əlamətlərindən biri rektum ətrafında qaşıntıdır. Bu qaşıntı, adətən, gecələr daha çox olur. Çünki qurdlar yumurta qoymaq üçün aşağı o zaman enir. 
 İkinci əlamət vaginal ifrazatdır. Qılqurdu qız uşaqlarında vaginaya yayıla bilir və vaginal ifrazata səbəb olur. 
Gecələri diş qıcama və yastığa selik axıdılması, qəribə qarın ağrıları, halsızlıq, tez-tez ishal və qəbizlik probleminin yaşanması, qansızlıq və vitamin çatışmazlığı, narahatlıq, iştahsızlıq və ya doymamaq, xəfif mədə bulantıları da qurdun olmasının göstəricilərindəndir. Uşaqlarda isə ən yayğın əlamət onların kökəlməməsidir. 
Bağırsaq qurdundan xilas olmaq üçün bitki mənşəli müalicələr də var. 
1. Yabanı kəklikotu. Əvvəlcə, qeyd edim ki, hamilələrə olmaz. Çünki kəklikotu hamiləliyin ilk üç ayında düşük ehtimalı yaradır. Uşaqlar 1 çay qaşığı, böyüklər isə 1 xörək qaşığı yabanı kəklikotu yarpağını çeynəmədən udmalıdır. Udmanı asanlaşdırmaq üçün üstündən su içə bilərsiniz. Nahardan əvvəl və nahardan sonra olmaqla, 1 həftə boyunca gündə 2 dəfə acqarına bunu edin. 
2. Sarımsaq. Min bir dərdin dərmanı olan sarımsaq bağırsaq qurdlarının müalicəsində də faydalıdır. Bunun üçün 21 gün ərzində, gündə 2, yaxud 3 diş sarımsağı yemək lazımdır. Bundan əlavə, sarımsağı əzin, vazelinlə qarışdırın, sizi narahat edən nahiyəyə hər gecə çəkin. Antiseptik xüsusiyyəti sayəsində sarımsaq qurdları düşürür. Bağırsağın funksiyasının pozulma hallarında da 7 gün ərzində acqarına 3 diş sarımsağın yeyilməsi faydalıdır. 
3. Balqabaq tumu. Bir araşdırmada bağırsaq paraziti olan insanlara balqabaq tumu yedirdilib. İştirakçıların 79%-i bağırsaq qurdlarından xilas olub.  Müəyyən edilib ki, balqabaq tumu yeyənlərin bağırsağındakı qurdlar 20 dəq-3 saat ərzində bütünüylə ölmüş və xaric edilmişdir. Tumu tək yeyə bilmirsinizsə,  tumu əzin, kokos südü ilə qatın, püre halına salın. Bu qarışımı yeyin və üstündən də 1-2 stəkan su için. Bunu bircə dəfə etsəniz, effektini görəcəksiniz. 
4. Alma sirkəsi. 2 çay qaşığı alma sirkəsini 1 stəkan su ilə qarışdırın, bir az da bal əlavə edin. Bu qarışımı gündə 2 dəfə içə bilərsiniz. 
5. Kokos yağı. Bu yağ antibakterial və antioksidant  xüsusiyyətə malikdir. Hər səhər 1, yaxud 2 çay qaşığı kokkos yağı için. Hər gecə təsirlənən nahiyəyə bu yağdan çəkə bilərsiniz. 
6. Çiy yerkökü.  Uşağınızdakı qılqurdlarını tökmək üçün yatmazdan qabaq və səhər acqarına sürtgəcdən keçirilmiş bir yerkökü yedirdə bilərsiniz. Əgər uşağınız yerkökü yeyə bilmirsə, sürtgəcdən keçirilmiş hissəni balla qarışdırın. 
7. Mixək. Araşdırmalar müəyyən edib ki, toz halına salınmış mixək bağırsaq qurdlarını tökməkdə sarımsaqdan 4.5 dəfə daha effektlidir. 1 çay qaşığı mixək tozunu 1 stəkan qaynar suya tökün, ağzını örtün və gözlədin. Sonra için. Bunu həftədə bir neçə dəfə etsəniz, bağırsaq qurdlarının özləri də, yumurtaları da yox olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Vüqar Qurbanov bu xanımı baş həkimTƏYİN ETDİ - FOTO
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin