Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68298
az

SON DƏQİQƏ! Sayt rəhbəri həbs edildi

11:0514 Aprel, 2022
277
SON DƏQİQƏ
  • A

Azərbaycanda sayt rəhbəri saxlanılıb.

Bu barədə Oxu24.coom-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.

O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Z.Əmənovun Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alarkən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəlzələ oldu
1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Siyavuş Kərimi vəzifəsindən azad olundu- Sərəncam

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO