Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68296
az

SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ UÇQUN BAŞ VERDİ - YOLLAR BAĞLANDI

10:0114 Aprel, 2022
1896
SON DƏQİQƏ
  • A

İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.

Bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb.

Dağ uçqunu yolu böyük ərazidə bağlayıb. Yolun qısa vaxtda açılması mümkün deyil. Bunun üçün əraziyə çoxlu ağır texnikanın və işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.

Hazırda bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.

Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir. Ötən həftə orada baş verən dağ uçqunu zamanı bir neçə saat yol bağlı qalmışdı. Bu gün baş verən torpaq uçqununun miqyası isə daha böyükdür.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Məşhur şou-biznes nümayəndələrinin həbsi başladı
SON DƏQİQƏ! Tanınmış şəxs vəfat etdi
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO