Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68212
az

Muğanbankda sədr təyinatı

17:3612 Aprel, 2022
372
CƏMİYYƏT
  • A

"Muğanbank" ASC-nin İdarə Heyətində yeni təyinat olub. Belə ki, Muğanbankın Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyəti Sədrinin vəzifələrini müvəqqəti icra edən Elnur Mir Rəhim oğlu Abbasov bankın İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub.

Elnur Abbasov 1981-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1998-2002-ci illərdə Odlar Yurdu Universitetinin hüquqşünas ixtisası üzrə alıb. 2002-2004-cü illərdə isə həmin ali təhsil müəssisəsinin mülki hüquq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Bank sektorunda peşəkar fəaliyyətinə 2002-ci ildən etibarən Muğanbankın Müştərilərə xidmət departamentinin əməliyyatçı mühasib vəzifəsində başlayaraq, Kredit və investisiya departamentində inspektor, İstehlak kreditləri şöbəsinin müdiri, Kredit departamentinin direktor müavini, Pərakəndə bankinq və Beynəlxalq maliyyə institutları ilə iş departamentinin direktoru vəzifələrində işləmişdir. 2019-cu ildə "Kapitalbank" ASC-nin Filial şəbəkəsinin idarəedilməsi departamentinin direktor müavini kimi fəaliyyətini davam etdirmişdir.

Kapitalbankda bir müddət işlədikdən sonra Muğanbanka Baş direktor kimi geri dönmüşdür. 07.01.2021-ci ildə Muğanbankın İdarə Heyəti Sədrinin müavinitəyin edilmişdir. 01.11.2021-ci il tarixindən etibarən isə İdarə Heyəti Sədrinin vəzifələrinin müvəqqəti icrası E.Abbasova həvalə olunmuşdur. 

Elnur Abbasov ailəlidir, 2 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax yolunda ağır qəza: 5 nəfər xəsarət aldı
“Bəy hamamı”nda yanğın oldu -FOTO/YENİLƏNDİ
Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR