Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68200
az

Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA

13:2612 Aprel, 2022
290
  • A

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması istiqamətində fikirlər səsləndirilir.

Oxu24.com  "Yeni Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunur.

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqlarını 20 qəpikdən 30 qəpiyə qaldırmışdı.

BNA: Bizim səlahiyyətimizdə deyil

Avtobuslarda gediş haqqı qaldırılacaqmı? Bəs BNA qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi? Məsələ ilə bağlı qəzetə açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir.

Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu barədə özəl şirkətlər müvafiq qurumlara müraciət edib”.

19 şirkət İqtisadiyyat Nazirliyinə müraciət edib

Məlumdur ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80%-ə qədərini özəl daşıyıcı şirkətlər icra edir. Həmin 19 sərnişindaşıma şirkəti mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif Şurasına, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.

Müraciətdə ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlərlər yarandığı deyilib.

Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə qeyd edilib ki, hər şeyin qiyməti qalxdığı kimi, ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Eləcə də sığortanın və yanacağın qiyməti artıb. Bundan başqa, şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir.

Qısası, onlar qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər.

Tarif Şurası nə deyir?

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət etməsi və gediş haqqının qaldırılacağı ilə bağlı məlumatlara Tarif Şurası aydınlıq gətirib.

Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır: “Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.

Gediş haqqının qaldırılmasına yol vermək olmaz

Daşıyıcı qiymətdən, sərnişin xidmətdən, mütəxəssislər isə ümumi vəziyyətdən narazıdır. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sərnişindaşıma şirkətlərinin haqlı iradları nəzərə alınmalıdır. Amma çıxış yolu qiymətləri artırmaq deyil:

“İctimai nəqliyyat Azərbaycanda dövlət tərəfindən tənzimlənən xidmətlərdən biridir. Çox ciddi sosial məsələdir. Qiymət artımı insanların gündəlik həyat tərzinə və mənafeyinə ciddi təsir edən bir nüansdır. Bu qiymətləri necə gəldi dəyişdirmək olmaz.

Əks təqdirdə, insanların rifah halına çox pis təsir edəcək. Qiymətlərin qaldırılması insanların sosial vəziyyətlərinin pisləşməsi ilə yanaşı, yol hərəkəti təhlükəsizliyində də problemlər yaradacaq.

Belə ki, insanlar avtobus əvəzinə taksidən istifadə etməyə, bir qism insanlar isə kredit yolu ilə də olsa, özünə avtomobil almağa başlayacaq. Yollardakı tıxacı təsəvvür edə bilirsinizmi? Onsuz da günümüzdə ictimai nəqliyyata maraq azdır. Bir sözlə, avtobusda gediş haqqını artırmaq olmaz”.

Avtobuslar pulsuz olmalıdır!

Ekspert hər iki tərəfin mənafeyini düşünən təklif irəli sürüb. Onun sözlərinə görə, gediş haqqı olduğu kimi qalmalı, şirkətlərdə yaranan xərclər dövlət tərəfindən qarşılanmalıdır:

“İctimai nəqliyyatla məşğul olan daşıyıcıların dövlət tərəfindən ciddi dəstəyə ehtiyacı var. Dövlətdən dotasiya istəyirlər. Sosial öhdəlik olduğu üçün istəmək haqları da var.

İstəyiriksə, vətəndaşlarımız vaxtlı-vaxtında və gərginlik yaşamadan işlərinə çatsın, o zaman mükəmməl ictimai nəqliyyatımız olmalıdır. Bunun üçün də dövlətin dəstəyi mütləqdir.

Məsələn, dünyanın inkişaf etmiş ölkələrindən olan Estoniyada, demək olar ki, ictimai nəqliyyat pulsuzdur. Nəqliyyatın xərclərini dövlət və yaxud bələdiyyələr qarşılayır.

Düşünürəm ki, ictimai nəqliyyatların vəziyyəti audit olunmalı, daşıma xərcləri müəyyən edilməlidir, şəffaf maliyyə dəstəyi mexanizmi tapılmalıdır.

Biz artıq gecikmişik. 20 il bundan əvvəl müvafiq mexanizmi tapıb həyata keçirməli idik. Əgər ictimai nəqliyyat olmasa, Bakıda tıxac problemini heç kim həll edə bilməz. Bu nöqteyi-nəzərdən, gediş haqlarının qaldırılmasından söhbət belə getməməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüqarın anasının xilas edildiyi anın- Videosu
Qaydaları pozan vəkillər cəzalandırıldı
Su olmayacaq - DİQQƏT!

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Yük maşınının altında      qalıb      öldü