Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68159
az

Rusiya Qarabağda hərəkətləndi - Sülhməramlılara gələn yeni tapşırıq nədən ibarətdir?

21:1211 Aprel, 2022
305
  • A

“Sülhməramlıların Fərrux kəndində bayraq qaldırmaları, onların gözü qarşısında Azərbaycanın hərbi karvanı yaxınlığında erməni silahlılarının atəş açması və daxil olmaları ondan xəbər verir ki, Rusiya sülhməramlı kontingenti birmənalı olaraq rəhbərlərindən Azərbaycan ərazisində təxribatlar törətmək, o cümlədən erməni silahlılarına ciddi dəstək vermək göstərişi alıb”. Bunu Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının son günlər Fərrux kəndi istiqamətində törətdikləri yeni təxribatlarından danışarkən deyib:

“Bunun da səbəbi Rusiyanın Qarabağda nizamlanma prosesindən bir qədər kənarda qalmasından qaynaqlanır. Brüsseldə baş tutan görüşdən sonra təxribatların daha intensiv xarakter alması onu göstərir ki, Rusiya prosesdə Avropa İttifaqının önə çıxmasını həzm edə bilmir. Bu da ona dəlalət edir ki, Moskva münaqişənin tam nizamlanmasında maraqlı deyil. Onlar prosesi uzun müddət mövcud vəziyyətdə saxlamaqla Qarabağda daha uzun dövr üçün qalmaq, erməni silahlılarından özünə sərf edəcək şəkildə Azərbaycana qarşı istifadə etmək niyyətindədir”.

Həmsöhbətimiz qeyd edir ki, nə qədər təxribat törətsələr də onların bu niyyətləri baş tutan deyil:

“Çünki artıq Azərbaycan öz imkanları hesabına Qarabağdan erməni silahlı dəstələrinin çıxarılmasına başlayıb. Bu prosesi ilkin mərhələdə Fərruxda. Ardınca da Ağdərə istiqamətində müşahidə etməkdəyik. Üçtərəfli birgə bəyanatı Azərbaycan Ordusu təkbaşına yerinə yetirəcək. Rusiya sülhməramlısı burada bizim üçün maneə deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən...
Azərbaycanda işsizlərə pul ödəniləcək - VİDEO
Sabah bu ərazidə də işıq kəsiləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bir gündə 1,8 kq     narkotik    aşkarlanıb