Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68158
az

Paşinyanın Moskva səfərində nələr müzakirə ediləcək? - "İrəvanı daha çətin duruma salacaq..."

21:0311 Aprel, 2022
729
SİYASƏT
  • A

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək. Məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, xarici işlər nazirlərinin telefon danışığından sonra liderlər səviyyəsində təmas gözlənilən idi:

"Çünki Kreml Ermənistanın onun orbitindən çıxdığını görür. Bu, Rusiyanı narahat etməmiş deyil. Cənubi Qafqaz məsələsi ilə bağlı Qərbin vasitəçilik təşəbbüslərinin artması, həmçinin İrəvanla Ankara arasında diplomatik münasibətlərin bərpası Moskvanın ürəyincə deyil. Odur ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda Paşinyanla görüşə də vaxt ayırmalı olur.

Liderlər səviyyəsində müzakirə olunacaq iki əsas məsələ var. Bunlardan birincisi məhz regionla bağlıdır. Çox güman, Putin Paşinyana təzyiqləri artırmağa çalışacaq. Bölgədə "suların tədricən durulduğu" bir vaxtda Kremlin əsas niyyəti proseslərin iştirakçısı olmaqdır. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov bu günlərdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazır olduqlarını söyləmişdilər. Həmin bəyanatlar Rusiyanın regiondakı təsir gücünün qorunması məqsədilə səsləndirilib. Səfər ərəfəsində sərhəddə təxribatın olması, gərginliyin artması istisna deyil. Bu, müzakirələr də Putinin "əlini gücləndirər"”.

Müsahibimiz deyib ki, Rusiya Ukrayna ilə müharibədə Ermənistanın açıq dəstəyindən əmin olmaq istəyir:

"Bu, İrəvanı Qərbdən "qoparmaq" üçün lazımdır. Yəqin ki, görüşdə həmin mövzuda da danışıqlar olacaq. Hətta liderlər arasında yazılı razılaşmanın əldə olunması mümkündür. Hər halda Putinin istədiyi məhz budur. Güman ki, səfərədək Qərb liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla Paşinyan arasında təmaslar olacaq. Onlar baş nazirə öz təlimatlarını verə bilərlər. Bu mənada İrəvan hələ də "iki od arasında" qalmaqdadır. Nikol Paşinyan üçün ən yaxşı çıxış yolu ən qısa vaxtda Türkiyə ilə diplomatik əlaqələrin bərpasıdır. Əks halda, Qərblə Rusiya arasında gedən rəqabət Ermənistanı daha ağır duruma salacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi
Aİ səfiri dezinformasiya yaymaqda ittiham edildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu