Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68157
az

Maqsudun məhkəməsində İNSİDENT: Zaldan QOVULDU

21:0211 Aprel, 2022
699
KRİMİNAL
  • A


Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə vəkil bildirib ki, o mart ayında ekspertiza keçirilməsi ilə bağlı verdiyi vəsatət baxılmamış saxlanılıb. Vəkil xahiş edib ki, həmin vəsatətə baxılsın. 

Hakim bildirib ki, indiki mərhələdə baxılması mümkün deyil. Sənədlərin tədqiqi mərhələsində vəsatətə baxılacaq. 

Prosesdə Maqsud Mahmudov etiraz edib. O bildirib ki, vəsatətə baxılmır və proses uzadılır:

"Niyə uzadırsınız? Əgər baxmaq istəmirsinizsə 15 ilimi verin çıxım gedim".

Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudov camaatın qızıllarını banka girov qoyub pul götürürdü:

"Həmin qızılları Maqsud tanış adamların şəxsiyyət vəsiqələri ilə bankdan pul çıxarıb camaata verirdi, pul qazanırdı. Mən qızıllarımı Maqsudun arvadına vermişəm. Bunlar ailəlikcə dələduzdu".

Prosesdə Maqsud Mahmudovla Aslan Qəhrəmanov arasında dava düşüb. 

Məhkəmə Maqsud Mahmudovu söyüş döydüyü üçün zaldan çıxarıb və  proses bu səbəbdən aprelin 15-ə təyin olunub.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu