Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68151
az

Rubl yenidən ucuzlaşıb - Mərkəzi Bankın qərarı valyuta bazarını çalxaladı

20:0311 Aprel, 2022
256
CƏMİYYƏT
  • A

Rusiyanın Mərkəzi Bankı kapitala müvəqqəti nəzarət tədbirlərini müəyyən qədər yüngülləşdirmək qərarı verəndən sonra rubl ucuzlaşıb. Bankdan verilən açıqlamada bildirilir ki, aprelin 11-dən xarici valyutanın brokerlər vasitəsilə alışına görə 12 faizlik komissiya haqqı qaldırılır. Bank həmçinin aprelin 18-dən fərdlərə xarici valyuta satışına müvəqqəti qadağanı ləğv edəcəyini açıqlayıb.

Aprelin 11-də səhər Moskva Birjasında bir dollar 82.09 rubl olub, aprelin 8-də isə məzənnə 71 idi. Yerli vaxtla saat 10:30-da rublun dollara qarşı gündəlik məzənnəsi 5 faiz azalaraq 80, avroya qarşı isə 4.4 faiz düşərək 86.4 olub.

Rublun dəstəklənməsi sırasında əsas tədbirlər ixraca fokuslanan şirkətlərin xarici valyuta ehtiyatlarının 80 faizini rubla çevirmək məcburiyyəti, eləcə də faiz dərəcələrinin qaldırılması idi. Mərkəzi Bank ötən həftə faiz dərəcəsini gözlənilmədən 20 faizdən 17 faizə salıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu