Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6814
az

Küçələrdə diləndiyi deyilən məşhur müğənnimiz: "Qayınanam dedi ki, müğənni olmağın az deyil, üstəlik bir şikəst qız da doğmusan" - FOTO

00:0107 Noyabr, 2018
1049
ŞOU-BİZNES
  • A

Müğənni Samirə Vahabovanın Milli.Az-a müsahibəsi.
- Samirə xanım, bir müddət əvvəl tanınmış müğənni və teleaparıcı Roza Zərgərli "Bakı vaxtı ilə" verilişində bildirmişdi ki, Samirə xanım səfil həyatı yaşayır, küçələrdə dilənir. Bu doğrudur?
- Allah Roza xanımdan razı olsun. Məni öz verilişinə dəvət etdi, salona aparıb bəzətdirdi, maddi köməklik etdi. Bəli, düz deyir, uzun müddətdir ki, acınacaqlı vəziyyətdə yaşayıram. Səhər olan kimi qonşu iki soğan verir, xəstə qızımla üstünə sumax töküb yeyirik. Ana-bala həmin qonşuya o qədər dua edirik ki... Fitr günündə mənə nəzir də verirlər.
- Müğənnilik sənətini atandan sonra harada çalışmısınız?
- Sənəti atandan sonra kafelərdən birində xadimə olaraq işə başladım. Bir müddət sonra məni işdən çıxardılar. Səbəb kimi isə yaşımı göstərdilər. Yerimə cavan bir qız götürdülər. Bundan sonra çox pis vəziyyətə düşdüm.
- Həyat yoldaşınız çoxdan rəhmətə gedib?
- Bəli, çoxdan rəhmətə gedib. Pis insan deyildi, sadəcə, içki içirdi.
- Bəs Nizami Rəmzi ilə tanışlığınız necə olub?
- Məni Nizami ilə musiqiçi Natiq Nuriyev tanış etmişdi. Nizami dedi ki, bir mahnı yazmışam, amma mənə uyğun səs yoxdur ki, duet oxuyaq. 1976-cı ildən rəhmətə gedən ilə qədər biz toylara bir getdik. Mən Nizami ilə həm qız toylarına gedirdim, həm də kişi toylarına. Nizami rəhmətə gedəndən sonra, demək olar ki, mən də mənən öldüm.
- Nizami Rəmzi ilə oxuduğunuz "Canan" mahnısı daha populyar oldu.
- Biz onunla birlikdə "Simuzərim", "Qardaşım görər gələ bilmərəm mən", "Cəmalə yaxşıdır" və s. mahnıları duet kimi ifa etdik. O qədər mahnı ifa etmişik ki... Hazırda bizim "Canan" mahnımızı bir meyxanaçı xanımla ifa edir.
- Musiqi təhsiliniz var?
- Mən uşaqlıqdan Oqtay Kazımovun xorunda oxumuşam. Musiqi təhsili almışam, vaxtilə böyük səhnələrdə oxumuşam.
- O vaxtı atalar öz qızlarının müğənni olmasına razı deyildi. Sizə necə razılıq verdilər?
- İçərişəhərdə doğulmuşam, nə atam var idi, nə də qardaşım, yetim qız idim. Bir xəstə anam var idi. Konsertə, toya gedəndə mənə deyirdilər ki, sənin atan, qardaşın yoxdur? Düşmüsən kişilərin içinə oxuyursan! İndi zəmanə dəyişib. Müğənni olandan sonra bütün qohum-əqraba mənimlə əlaqəni kəsdi ki, yeri get Nizami ilə duet oxu! Qızım anadangəlmə xəstə doğulmuşdu. Onu saxlamaq üçün toylara getmək məcburiyyətində qaldım.
- Vaxtilə bir çox müğənnilərlə yaxın olmusunuz. Hal-hazırda onlarla münasibətiniz var?
- Xeyr, heç biri ilə əlaqəm yoxdur. Müğənnilərin hamısı ilə tədbirlərdə, konsert proqramlarında birlikdə oxumuşam. Təkcə İzzət Bağırovla əlaqəm var, gücü çatandan mənə köməklik də edir.
- Toylara gedirdiniz, pul qazanırdınız. Qazandığınız puldan özünüzə bir şərait qura bilmədiniz?
- Xeyr, oğlum. Qızım anadangəlmə şikəstdir, qazandığımı ancaq ona xərclədim. Həkimlər deyirdi ki, 3 yaşından artıq yaşamaz. Mən onu 40 yaşına çatdırmışam. Qızımı uşaqlıqda Moskvaya apardım, həkimlər dedilər ki, qoy burda get. Qızım dedi ki, "mama, məni burda qoyub getmə" (ağlayır). Şikəst də olsa ağlı üstündədir. Mənim vaxtilə evim də olub. Kimə deyirəm ki, evim olub inanmırlar. Bir nəfər məni aldadıb evimi satdırdı ki, qızını əməliyyat etdirəcəm. İp də getdi, it də getdi.
- Həyat yoldaşınızın qohumlarından kimlərlə münasibətiniz var?
- Heç bir qohumumla münasibətim yoxdur. Qayınanam mənə deyirdi ki, müğənni olmağın az deyil, qız doğmusan, özü də şikəst. Hamısı üz döndərdi məndən.-a müsahibəsi.

- Heç bir qohumumla münasibətim yoxdur. Qayınanam mənə deyirdi ki, müğənni olmağın az deyil, qız doğmusan, özü də şikəst. Hamısı üz döndərdi məndən.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ