Rusiya Müdafiə Nazirliyi Ukraynada aparılan müharibə zamanı “İskəndər” operativ-taktiki raket komplekslərinin ekipajının necə işləməsini əks etdirən kadrlar yayıb.
Oxu24.com xəbər verir ki, nazirlik qeyd edib ki, ekipaja "İskəndər"lərlə düşmənin hərbi infrastrukturunun xüsusilə mühüm obyektlərini dəqiq zərbələrlə məhv etməyin tapşırılıb.
Rusiya Kiyev yaxınlığına "İskəndər" atdı - VİDEORusiya mediası isə yazıb ki, "İskəndər"lər Ukraynada komanda məntəqələrini, silah, sursat və yanacaq olan anbarları, rabitə mərkəzlərini, hava hücumundan müdafiə sistemlərini və digər mühüm hədəfləri sıradan çıxarır.
Qeyd edək ki, “İskəndər”in atəş məsafəsi 500 kilometrə qədərdir.
Onun aeroballistik raketi saniyədə 2100 metr sürət yığmağa qadirdir. Kompleks yüksək atəş dəqiqliyinə, qısa atışa hazır olma müddətinə və raketdən müdafiə sistemini dəf etməkdə yüksək effektivliyə malikdir.
AZVİSİON.AZ
Oxu24.com
ŞƏRHLƏR